BNA kollektivi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini andı

12.12.2017

Bakı Nəqliyyat Agentliyinin (BNA) kollektivi müasir Azərbaycanın qurucusu və memarı, dünyaşöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar Fəxri Xiyabanda Ulu öndərin məzarını ziyarət ediblər. Agentliyin kollektivi Ulu öndərin məzarı önünə gül dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.