17 müntəzəm marşrut xəttinin hərəkət sxemində müvəqqəti olaraq dəyişiklik edilib

23.02.2018 00:00

Xətai rayonu Məhəmməd Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən Babək prospektinədək olan hissəsindən keçən 11, 12, 21, 35, 36, 40, 42, 44, 46, 51, 57, 60, 62, 70, 81, 132 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib. 24.02.2018 tarixindən qeyd edilən marşrut xətləri üzrə avtobuslar yenilənmiş sxem üzrə hərəkət edəcək. Dəyişiklik edilməsinə səbəb ərazidə təmir işlərinin aparılmasıdır.