Yeni dayanacaq məntəqələri təşkil edilir

02.03.2018 00:00

Paytaxtın Binəqədi rayonu A.Kunanbayev, M.Davudoğlu küçələri, 4-cü qapı-Binəqədi yolu, Suraxanı rayonunda isə Etibar Bəkirli küçəsi-Zığ yolunda aparılan təmir işləri çərçivəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən 50 dayanacaq məntəqəsi təşkil edilib. Bunlardan da 27-də pavilyon quraşdırılıb. Məqsəd, sərnişinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi, həmçinin, sərnişindaşımada keyfiyyətin artırılmasıdır.