15 müntəzəm marşrut xətti üzrə avtobusların son və aralıq dayanacaq məntəqələri müvəqqəti olaraq dəyişdirilib

03.03.2018 00:00

Bakı Beynəlxalq Avtovağzal Kompleksində aparılan təmir-tikinti işləri ilə əlaqədar, müvəqqəti olaraq  2, 13, 14, 20, 29, 37, 67, 83, 91, 96, 117, 130, 134, 142, 158  nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların son və aralıq dayanacaq məntəqələri dəyişdirilib. Sərnişindaşımada fasiləsizliyin pozulmaması məqsədilə edilən dəyişiklik 05.03.2018 tarixindən tətbiq ediləcək. Dəyişikliyə əsasən, qeyd edilən müntəzəm marşrut xətləri üzrə avtobusların son və aralıq dayanacaq məntəqələri “Avtovağzal” metrostansiyasının qarşısına keçiriləcək.