"Yolları əngəlsiz paylaşaq"

09.03.2018 00:00

Bakı Nəqliyyat Agentliyi paytaxt yollarının əlilliyi olan şəxslər üçün əlçatan edilməsi layihəsinə dair maarifləndirmə işlərini davam etdirir. Bu çərçivədə hazırlanan növbəti videoçarxı təqdim edirik. Videoçarxda əlilliyi olan şəxslər şəhər yollarının onların hərəkəti üçün əlçatan edilməsi istiqamətində həyata keçirilən tədbirləri dövlətin bu kateqoriyadan olan şəxslərə xüsusi diqqət və qayğısının təzahürü olduğunu vurğulayıb. Bildirilib ki, piyada keçidlərində quraşdırılan pandusların mailliyi normalara uyğundur və sürüşməyə davamlı materiallardan hazırlanıb.