19 nömrəli yeni müntəzəm marşrut xətti ilə bağlı elan edilən müsabiqəyə dair sənədlər toplusu

08.05.2018 00:00

19 nömrəli yeni müntəzəm marşrut xətti ilə bağlı elan edilən müsabiqəyə dair sənədlər toplusu artıq www.bna.az saytında yerləşdirilib. Müsabiqədə iştirak etmək istəyən və maraqlanan şəxslər tanış ola bilər.

http://www.bna.az/az/musabiqe/515


Qeyd edək ki, təkliflərin qiymətləndirilməsi zamanı daşıyıcılara (sahibkarlara) aşağıdakı meyarlarına görə üstünlük veriləcəkdir:
1. Müasir standartlara cavab verən istehsalat bazasına (qaraj) malik olması;
2. İstehsalat bazalarının avtobus sayına müvafiq təmir zonalarına, inzibati binaya və parklanma ərazisinə malik olması;
3. Yeni müasir avadanlıqlarla təhciz edilmiş nəqliyyat vasitələrinə (avtobuslara) malik olması;
4. Sürücü bazası və müvafiq işçi heyətə malik olması.