BNA-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib

08.05.2018 00:00

Bakı Nəqliyyat Agentliyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdən əvvəl Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli, Yeni Azərbacan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül qoyaraq ruhuna hörmət və ehtiramlarını bildirdilər.
Tədbirdə Dahi şəxsiyyətin mənalı ömür yolu və xalqımızın xoşbəxt gələcəyinə yönələn əvəzsiz xidmətlərindən bəhs edən film nümayiş etdirildi. Sonra tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdi. 
Konfransda çıxış edən Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq məfkurəsindən söhbət açdı. Bildirdi ki, bu ideologiya Azərbaycanda güclü dövlət quruculuğuna xidmət edir. Vurğulandı ki, Ümummilli lider düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı görmək istədiyi ən yüksək səviyyəyə yüksəltmək üçün möhkəm təməli formalaşdırdı. Dünya birliyində etibarlı tərəfdaş olaraq qəbul edilən müasir Azərbaycan dövləti də elə məhz bu möhkəm təməl üzərində bu gün prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli inkişaf dövrünü yaşayır.  
Tədbirdə Yeni Azərbacan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov da çıxış edərək Ulu öndər Heydər Əliyevin çətin zamanlarında xalqının xilaskarı olduğunu və dahi şəxsiyyətin apardığı uğurlu siyasət nəticəsində hazırda Azərbaycanın regionun ən qüdrətli dövlətinə çevrildiyini vurğuladılar. Qeyd edildi ki, Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan Yeni Azərbaycan Partiyası ölkəmizin tərəqqisində əvəzedilməz rol oynayır.
Qeyd edək ki, tədbir Yeni Azərbaycan Partiyası Nərimanov rayon Bakı Nəqliyyat Agentliyi üzrə ilk partiya Təşkilatı yaradıldı. Təşkilatın sədri və idarə heyətinin tərkibi müəyyənləşdirildi.