BNA tərəfindən Bakı şəhərinin mərkəzi küçə və prospektlərində qoruyucu tumbalar quraşdırılıb

06.06.2018 00:00

Bakı şəhərinin mərkəzi küçə və prospektlərində piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi tərəfindən qoruyucu tumbaların quraşdırılmasına başlanılıb. Birinci mərhələdə 10,000 ədəd qoruyucu tumbaların quraşdırılması planlaşdırılır. Qoruyucu tumbalar, avtonəqliyyat vasitələrinin qəza zamanı səkilərə çıxmalarının qarşısını almaqla və səkilərdə park etmələrini əngəlləməklə piyadaların təhlükəsiz, rahat və fasiləsiz hərəkəti üçün imkan yaradacaqdır.

Tikinti-quraşdırma işlərinə 1 iyun 2018-ci il tarixində başlanılmışdır və nümunə üçün Bülbül prospektində 50 ədəd tumba quraşdırılmışdır.