Bakı Nəqliyyat Agentliyinin stendinə böyük maraq

14.06.2018

Bakı Nəqliyyat Agentliyi 11-13 iyun tarixlərində Bakı Expo Mərkəzində keçirilən “8-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat sərgisi”ndə iştirak edib. Sərgidə iştirak etməkdə əsas məqsəd, görülən işlər barədə ictimaiyyəti məlumatlandırmaq, yeni əməkdaşlıq imkanları qurmaq və təcrübə mübadiləsi aparmaqdır. Agentliyinin stendi  "Ən yaxşı dizayn" nominasiyasında  yerə layiq görülüb. Sərgidə Bakı Nəqliyyat Agentliyi paytaxtın marşrut şəbəkəsi, yol təhlükəsizliyi və hərəkətin düzgün təşkili ilə bağlı mövcud problemlər və onların həlli yolları ilə bağlı hazırladığı layihələrini təqdim edib. Şəhər nəqliyyatının bir sıra mühüm elementlərini özündə əks etdirən xüsusi tərtibata malik stendə gələn ziyarətçilər üçün yol hərəkətinin təhlükəsizliyi, eləcə də ictimai nəqliyyatda etik davranış qaydalarına dair videoçarxlar nümayiş olunub. Həmçinin, Agentliyin stendində ziyarətçilər GPS sistemi, Bakının yol infrastrukturu ilə bağlı maket, Sürücü Təlim Mərkəzində istifadə edilən simulyator ilə tanış olublar. Stenddə "Bakıkart", avtobus informasiya terminalları da nümayiş etdirilib.