7A və 7B nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar fəaliyyətə başlayıb

21.07.2018 00:00

Yeni təşkil edilən 7A (Bakı Beynəlxalq Avtovağzal Kompleksi - “Əhmədli” metrostansiyası) və 7B (Yeni Yasamal qəsəbəsi M.Xiyabani küçəsi - “Əhmədli” metrostansiyası) nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar fəaliyyətə başlayıb. 7A və 7B xətləri üzrə sərnişindaşıma BakuBus MMC-yə məxsus müasir və komfortlu avtobuslar vasitəsi ilə həyata keçirilir. Marşrut xətləri üzrə gediş haqqının ödənişi nağdsız qaydada BakıKart vasitəsi ilə olduğundan 8 dayanacaq məntəqəsində ödəmə terminalları qoyulub. Bununla yanaşı, 15 yeni dayanacaq məntəqəsi də təşkil edilib.