“Bakmil” stansiyasının müvəqqəti təmirə bağlanması ilə əlaqədar 71 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib

06.08.2018 00:00

08.08.2018-ci il tarixindən Bakı Metropoliteninin “Bakmil” stansiyasının müvəqqəti təmirə bağlanması ilə əlaqədar metropoliten işçilərinin və ətraf ərazidə yaşayan əhalinin ictimai nəqliyyatdan istifadəsini təmin etmək məqsədi ilə 71 nömrəli müntəzəm marşrut xətti ( “Azadlıq prospekti” metrostansiyası – “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzi) üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. Dəyişikliyə əsasən, 71 nömrəli marşrut xətti üzrə avtobuslar Ziya Bünyadov prospektindən keçib Ələsgər Qayıbov küçəsinə daxil olmaqla, yenidən Z. Bünyadov prospektinə çıxaraq yoluna davam edəcək.

Dəyişiklik təmir işləri yekunlaşanadək qüvvədə olacaq. Bu müddətdə Ə.Qayıbov küçəsindən sərnişindaşınmaya 71 nömrəli marşrut xətti üzrə 4 ədəd nəqliyyat vasitəsi ayrılacaq.