Yeni geridönmə təşkil edilib

10.08.2018

Nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Xətai prospekti ilə F.Bayramov küçəsinin kəsişməsində yolötürücüsünün altında geridönmə təşkil edilib. Bununla da, şəhər mərkəzindən Ş.İsmayıl Xətai prospekti ilə gələn nəqliyyat vasitələrinin, o cümlədən, 11 və 199 nömrəli müntəzəm marşrut xətt avtobuslarının Əhməd bəy Ağaoğlu küçəsinə rahat, maneəsiz və təhlükəsiz hərəkəti təmin edilib.