Ziya Bünyadov prospekti ilə Xəlil Rza Ulutürk küçələrinin kəsişməsində hərəkətin məhdudlaşdırılıb

22.10.2016 00:00

Xəbər verdiyimiz kimi, Ziya Bünyadov prospekti ilə Xəlil Rza Ulutürk küçələrinin kəsişməsində görülmüş işlərin davamı olaraq yolda hərəkətin təşkili və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu gün Azəravtayol ASC tərəfindən üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri həyata keçirildiyindən nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılmışdır. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospektindən istifadə etmələri tövsiyə olunur.