Alman jurnalistlər “BakuBus” avtobusunda

28.08.2018 13:03

Almaniyadan olan jurnalistlər “BakuBus” MMC-yə məxsus avtobusda çəkiliş aparıblar. Almaniyanın “Endemol Shine” televiziya şirkətinin əməkdaşlarının sərnişinlərlə birlikdə “Bakubus”a məxsus marşrut xətti üzrə hərəkət edən avtobusa daxil olması və Bakını gəzməsi lentə alınıb.

Qeyd edək ki, Almaniyadan olan jurnalistlər Azərbaycanda kulinariya mövzusunda sənədli film hazırlayırlar.

“BakuBus” MMC-yə məxsus avtobusda lentə alınan görüntülərdən sənədli filmin hazırlanması zamanı istifadə ediləcək.