Beynəlxalq qurum tərəfindən Bakı Nəqliyyat Agentliyinin əməkdaşlarına sertifikatlar təqdim edilib

30.08.2018 16:08

Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə icrası peşəkar kadrlardan ibarət kollektiv tərəfindən həyata keçirilir. 90% gənc kadrların təşkil etdiyi kollektivin peşəkarlıq səviyyəsinin artırılması Bakı Nəqliyyat Agentliyinin prioritetlərindəndir. Bu məqsədlə, bu ilin yanvar-avqust aylarında əməkdaşlar “GEMMS” Group ilə birlikdə təşkil edilmiş treninqlərə cəlb edilib. Treninqdə əməkdaşlara bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, onlara beynəlxalq idarəçilik təcrübələrinin aşılanması, peşəkar istiqamətdə daha da inkişafa nail olmaları ilə bağlı təlimatlar verilib.

Təlimin mövzusu qeyd olunanlardan ibarətdir:

 • Nəqliyyat problemlərinin idarə edilməsi üzrə beynəlxalq səviyyədə tətbiq edilən metodlar;

• Funksional məsələlərin idarə edilməsi üzrə beynəlxalq səviyyədə tətbiq edilən metodlar;

• Dayanıqlı nəqliyyatın təşkili üçün mütərəqqi konsepsiyalar.

Sonda, iştirakçılara müvafiq olaraq sertifikatlar təqdim edilib.