Bakı Nəqliyyat Agentliyi ƏLA xidmət göstərən qurumlar arasında

30.08.2018 17:22

“Kaspi Geosiyasi” Araşdırmalar Mərkəzi İctimai Birliyinin təşəbbüsü ilə KİV nümayəndələri, Mərkəzi və yerli İcra hakimiyyəti orqanları mətbuat xidmətlərinin iştirakı ilə keçirilən tədbirdə Mərkəzi və yerli İcra hakimiyyəti orqanları saytlarında aparılan monitorinqin nəticələri elan edilib. 31 Mərkəzi İcra hakimiyyətinin internet resursları sırasında ƏLA xidmət göstərən 16 qurum arasında Bakı Nəqliyyat Agentliyi də yer alıb. Sitat: “Bu qurumların həm internet saytları aktivdir, həm sosial şəbəkə hesabları daimi yenilənir, həm də mətbuat xidməti rəhbərləri görülən işləri müxtəlif vasitələrlə ictimaiyyətə təqdim etməyi bacarırlar."