Ali Təhsil Müəssisələri

04.09.2018 15:55

Bakı Nəqliyyat Agentliyi məlumatlandırma xarakterli daha bir videoçarx hazırlayıb. Yeni tədris ilinin başlanması ərəfəsində təqdim edilən videoçarxda Bakı şəhərində yerləşən bütün ali məktəblərinin yerləşdiyi ünvanlar və həmin ərazidən keçən müntəzəm marşrut xətləri ilə bağlı məlumatlar yer alıb. Videoçarxın hazırlanmasında məqsəd, tələbə adını yeni qazananların qəbul olduqları ali məktəbə ictimai nəqliyyatdan istifadə etməklə getməsini asanlaşdırmaqdır.