Bakı Nəqliyyat Agentliyindən "1 inci" sosial layihə

15.09.2018 15:30

15 sentyabr "Bilik Günü" ilə bağlı Bakı Nəqliyyat Agentliyi sosial aksiya keçirib. Aksiya çərçivəsində birinci sinfə gedən məktəblilərə zəruri məktəb ləvazimatları, ictimai nəqliyyatda etik davranış qaydalarına dair kitabçalar, eləcə də digər maarifləndirici materiallar verilib.
Bakı Nəqliyyat Agentliyi olaraq, bütün sagirdləri və pedaqoji kollektivi yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq.