Piyada təhlükəsizliyinin artırılması işləri davam etdirilir

17.09.2018 10:05

Şəhər yollarında piyada təhlükəsizliyinin artırılması işləri davam etdirilir. Vətəndaş müraciətləri əsasında, mütəxəssislərimizin araşdırmaları nəticəsində əvvəlcədən müəyyən edilən yerlərdə yeni eynisəviyyəli piyada keçidləri təşkil edilib, yararsız halda olanlar isə yenilənib. Yeni tədris ilinin başlanması ilə əlaqədar qeyd edilən işlər daha çox orta məktəb binalarının ətrafındakı yollarda həyata keçirilib.

Qeyd edək ki, eynisəviyyəli piyada keçidləri təşkil edilir və yararsız halda olanların bərpası işləri mütəmadi olaraq davam etdirilir.