Düzgün yerdə park etdiyinizə görə təşəkkür edirik!

17.09.2018 17:30

Bakı Nəqliyyat Agentliyi növbəti maarifləndirici aksiya keçirib. Aksiya çərçivəsində şəhərin mərkəzi hissəsindəki orta məktəblərin qarşısında dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə dayanma-durma qaydalarına əməl etməyin vacibliyini bildirən broşürlər paylanılıb, məlumatverici söhbətlər aparılıb.

Bir daha sürücüləri dayanma-durma qaydalarına əməl etməyə və hərəkət iştirakçısı olaraq bir-birilərinə qarşı anlayışlı olmağa çağırırıq.