Bəzi küçələrdə hərəkət qismən məhdudlaşdırılıb

18.09.2018 19:47

Bakının Yasamal rayonu “Sovetski” adlanan ərazidə aparılan abadlıq və yenidənqurma işləri çərçivəsində kommunikasiya xətlərinin yenilənməsi və yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar Nəriman Nərimanov prospektinin Mirzəağa Əliyev küçəsi ilə kəsişməsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb. Prospektdən keçən nəqliyyat vasitələri müvəqqəti olaraq təşkil edilən yola yönləndirilib. Mirzəağa Əliyev küçəsinin Nəriman Nərimanov prospektinə çıxışda da məhdudiyyət tətbiq edildiyindən sürücülər alternativ olaraq ətraf küçələrdən istifadə edə bilərlər.