Bakı Nəqliyyat Agentliyinin "Nəqliyyat agenti" adlı yeni online layihəsi

11.10.2016 00:00

Əziz istifadəçilərimiz! Tezliklə Bakı Nəqliyyat Agentliyinin "Nəqliyyat agenti" adlı yeni online layihəsi həm yeni yaradılan Youtube kanalımız, həm də Facebook səhifəmiz vasitəsilə təqdim olunacaq. Verilişdə qonaq olan ekspertlərimiz həftə ərzində sizdən daxil olan sualları cavablandıracaq, şikayətlərə münasibət bildirəcəklər. Suallarınızı verilişin anonsu ilə bağlı yerləşdirmələrin şərh bölməsinə əlavə edə bilərsiniz. Anonim sorğularınızı daxili inboxumuza göndərə bilərsiniz. Heç bir sualınız cavabsız qalmayacaq.