"Qarabağ”-“Arsenal” futbol qarşılaşmasından sonra 18265 sərnişin daşınıb

05.10.2018 17:00

04.10.2018 tarixində UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-“Arsenal” futbol qarşılaşması günü Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma ilə bağlı nəzərdə tutulan tədbirləri yerinə yetirib. Oyun günü Bakı Olimpiya Stadionundan müəyyən olunmuş istiqamətlərdə (metronun “Qara Qarayev”, “28 May” stansiyalarına) fəaliyyət göstərən ekspres xətt avtobusları ilə ümumilikdə 18265  nəfər sərnişin daşınıb. Prosesə 260 sərnişin avtobusu cəlb edilib.
Eyni zamanda, göstərdikləri səbr və anlayış üçün azarkeşlərə minnətdarıq. Avropa Çempionlar Liqasında ölkəmizi uğurla təmsil edən “Qarabağ” futbol komandasına isə gələcəkdə parlaq qələbələr arzulayırıq.