Bakı şəhəri ərazisində olan svetoforlar

11.10.2016 00:00

Bakı Şəhərinin inzibati ərazisində 309 ədəd yol kəsişməsində svetofor avadanlığı mövcuddur. 150 ədəd svetofor avadanlığı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-yə (NİİM) məxsus siqnal avadanlığı (kontroller) vasitəsilə və 159 ədədi isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Siqnal İxtisaslaşdırılmış Lahiyə İnstitutu” idarəsi tərəfindən idarə olunur. Svetoforların üzərində sürücülərə məlumat üçün Siqnal İLİ tərəfindən “Timer avadanlığı” quraşdırılmışdır. NİİM tərəfindən idarə olunan svetoforlar gündəlik vaxt planları ilə işlədiyindən gün ərzində müxtəlif rejimlər tətbiq edilir. Belə ki, günün pik saatlarında nəqliyyat sıxlığını aradan qaldırmaq üçün svetoforlarların vaxt planları dəyişir ki, bu zaman müəyyən vaxt ərzində “Timer avadanlığı”nda svetoforun işığı ilə uyğunsuzluq əmələ gəlir. Bu uyğunsuzluğun aradan qaldırılması üçün aidiyyatı qurumlara Bakı Nəqliyyat Agentliyi tərəfindən real problemin əks olunduğu rəsmi məktub ünvanlanıb.