Dayanacaqlarda məlumat lövhələri quraşdırılır

03.10.2016 00:00

Artıq paytaxtın bir neçə dayanacağında quraşdırılıb. Sərnişinlərimiz həm dayanacaqlardakı elektron lövhələrdən, həm də statik lövhələrdən istifadə edə biləcəklər. Suallar verilir ki, elektron lövhələr yığışdırılacaq? Yığışdırılmayacaq. Statik lövhələr məhz hava şəraitindən asılı olaraq və ya hər hansı kabel zədələnərsə elektron lövhələrdə yarana biləcək nasazlıq zamanı sərnişinlərin məlumat almasını təmin edə biləcək. Eyni zamanda elektron tablolardan istifadədə çətinlik çəkən yaşlı nəslin nümayəndələrini də nəzərə almaq lazımdır.