BNA kollektivi ümummilli lider Heydər Əliyevin əziz xatirəsini anıb

12.12.2018 17:40

Bakı Nəqliyyat Agentliyinin (BNA) kollektivi müasir Azərbaycanın qurucusu və memarı, dünyaşöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Fəxri Xiyabanda Ulu öndərin məzarını ziyarət ediblər.

Agentliyin kollektivi Ulu öndərin məzarı önünə gül dəstələri düzüb, əziz xatirəsini hörmət və ehtiramla yad ediblər.