BNA əməkdaşlarına sertifikatlar təqdim edilib

23.01.2019 15:45

Bakı Nəqliyyat Agentliyinin Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə icrası peşəkar kadrlardan ibarət əmək kollektivi tərəfindən həyata keçirilir. 85% gənc kadrların təşkil etdiyi kollektivin peşəkarlıq səviyyəsinin artırılması Bakı Nəqliyyat Agentliyinin prioritetlərindəndir. Bu məqsədlə, 2018-ci ilin oktyabr-dekabr aylarında əməkdaşlar “GEMMS” Group ilə birlikdə təşkil edilmiş treninqlərə cəlb edilib. Treninqdə əməkdaşlara, bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, onlara beynəlxalq idarəçilik təcrübələrinin aşılanması, peşəkar istiqamətdə daha da inkişafa nail olmaları ilə bağlı təlimatlar verilib. Sonda, iştirakçılara müvafiq olaraq Sertifikatlar təqdim edilib.