Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və Bakı Nəqliyyat Agentliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib

16.03.2019 13:56

16 mart 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və Bakı Nəqliyyat Agentliyinin birgə təşkilatçılığı ilə Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafında ağacəkmə aksiyası keçirilib. Aksiya “Bu yaz özün bir təbiət yarat!” devizi ilə başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində davam edilir.

Yaz ağacəkmə aksiyasında 2,5 hektar ərazidə 1600 badam ağacı əkilib. Əkilən ağac tingləri ETSN-nin Azəryaşlandşaft ASC və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin şəhər nəqliyyatının inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlərin əsas məqsədlərindən biri də paytaxtın ekoloji durumunun yaxşılaşdırılması işinə töhfə verməkdir.