"Nəqliyyat Agentləri" könüllülük proqramı uğurla başa çatıb

09.09.2019 15:35

"Nəqliyyat Agentləri" könüllülük proqramı uğurla başa çatıb. Proqramı müvəffəqiyyətlə bitirən 35 nəfər sertifikatla təltif edilib. İki aylıq proqram müddətində Bakı Nəqliyyat Agentliyində praktiki bilik və bacarıqlara yiyələnən könüllülər öz professional fəaliyyətlərində uğurlu addımlarını atıblar. İnanırıq ki, gənclər paytaxtımızın daha əlçatan və mobil bir şəhərə çevrilməsi istiqamətində görülən işlərə dəstək olacaq və ətraflarındakı insanları maarifləndirəcəklər.