“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə KİV nümayəndələri üçün media-tur təşkil edilib

26.09.2019 15:00

Ötən gün açılışı baş tutan “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə KİV nümayəndələri üçün media-tur təşkil edilib. Dövlət başçısının tapşırığına əsasən vətəndaşlarımız üçün yaradılan əlverişli şəraitlə yaxından tanış olan jurnalistlər məmnunluğunu ifadə ediblər.