Daha iki prospektin kəsişməsində hərəkətdə dəyişiklik edilib

01.10.2019 11:00

Paytaxt ərazisində yol hərəkətinin təkmilləşdirilməsi və təhlükəsizlik tədbirlərinin artırılması istiqamətində daha bir önəmli layihənin icrası yekunlaşıb. Layihə çərçivəsində Z.Bünyadov və M.K.Atatürk prospektlərinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib. Belə ki, dəyişiklik nəticəsində artıq Ziya Bünyadov prospektində kənar yol ilə hərəkət edən nəqliyyat vasitələri (Olimpiya stadionu istiqamətində) M.K.Atatürk prospekti ilə kəsişmədə yeni təşkil edilən yolayrıcları hesabına hərəkətlərini birbaşa davam etdirə biləcəklər. Yolayrıcında hərəkət svetoforlarla nizamlanır.

Dəyişikliyin üstün cəhətləri:

  •  Bu prospektlərdə yaranan tıxac və sıxlıq hallarının aradan qalxmasına müsbət təsir edir;
  •  Piyada təhlükəsizliyi təmin edilir;
  • Sərnişindaşımalarda keyfiyyətin daha da yüksəldilməsinə köməklik göstərir;
  • Nəqliyyat vasitələrinin daha az məsafə qət etməsinə imkan yaradır.