Sosial Məsuliyyət layihələri çərçivəsində daha bir tədbirə nəqliyyat xidmətləri ilə bağlı dəstək

03.10.2019 10:00

Bakı Nəqliyyat Agentliyi Sosial Məsuliyyət layihələri çərçivəsində daha bir tədbirə nəqliyyat xidmətləri ilə bağlı dəstək olub. BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti və Azərbaycan Əlil Təşkilatları İttifaqının dəstəyi ilə "Heç bir əlilliyi olan şəxs kənarda qalmasın - müyəssərlik ilə inklüziyaya doğru" mövzusunda təşkil edilən beynəlxalq konfrans iştirakçılarının daşınması xüsusi ayrılmış avtobuslarla həyata keçirilib. Daşımalara fiziki imkanları məhdud şəxslərin istifadəsi üçün əlçatan olan avtobuslar cəlb edilib. Ətraf mühitin əlilliyi olan şəxslər üçün müyəssərliyi ilə bağlı məsələlərin müzakirə olunduğu konfransda bildirilib ki, dövlət başçısının tapşırığına əsasən son illər paytaxtın nəqliyyat sistemində bu istiqamətdə mühüm işlərin görülür.