"Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi vətəndaşların istifadəsinə verildi

09.11.2019 09:00

Dövlət Bayraq Günü kimi əlamətdar tarixi bir gündə istifadəyə verilən "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi dövlətin öz vətəndaşlarına olan bir hədiyyəsidir. Vətəndaşlarımızın mərkəzin xidmətindən rahat istifadəsini təmin etmək üçün könüllülərimiz səhər saatlardan onların xidmətindədir. Eyni zamanda könüllülərimiz Dövlət Bayraq Günü ilə əlaqədar təşkil edilən aksiyada bayraqlar paylayaraq sakinlərimizin bayramını təbrik ediblər.