Halı pisləşən vətəndaş BNA əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb

13.11.2019 11:30

Bu gün səhər metronun “Koroğlu” stansiyası yaxınlığında halı pisləşən vətəndaş Bakı Nəqliyyat Agentliyi əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Belə ki, ərazidən keçən minik avtomobillərinin birində olan xanımın qəflətən halı pisləşib. Həmin vaxt ərazidə xidməti vəzifəsini yerinə yetirən əməkdaşlarımız dərhal həmin şəxsə ilkin tibbi yardım göstərib və təcili tibbi yardıma müraciət ediblər. Eyni zamanda təcili tibbi yardım avtomobilin əraziyə maneəsiz yaxınlaşması üçün zəruri tədbirlər göürülüb. Onların köməkliyi ilə həmin şəxs xəstəxanaya çatdırlıb.