BNA Sosial Məsuliyyət layihələri çərçivəsində daha bir tədbirə nəqliyyat xidmətləri ilə dəstək olub

14.11.2019 14:30

Bakı Nəqliyyat Agentliyi Sosial Məsuliyyət layihələri çərçivəsində daha bir tədbirə nəqliyyat xidmətləri ilə dəstək olub. Abşeron Olimpiya İdman Kompleksində V Uşaq Paralimpiya Oyunlarının keçirilməsi ilə bağlı, Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxtın müxtəlif ərazilərindən (1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclər üçün Peşə və Reablitasiya Mərkəzi (Ramana qəsəbəsi), Moskva prospekti - 20 Yanvar dairəsi, Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli İnternat məktəbi, Respublika Paralimpiya İdman Kompleksi (Qaradağ rayonu) ) paralimpiya idmançılarının Abşeron Olimpiya İdman Kompleksinə (Xırdalan şəhəri) daşınması təşkil olunub.