Abbasqulu ağa Bakıxanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində “İdeal yolayrıcı” - PİLOT LAYİHƏ

İdeal yolayrıcı sürücülərin və sərnişinlərin tam təhlükəsizliyinin təmin edildiyi, yol hərəkətinin qanunvericiliyin tələblərinə uyğun və qüsursuz şəkildə təşkil edildiyi kəsişmədir.

İdeal yolayrıcına aşağıdakı elementlər aiddir:

1. Nəqliyyat vasitələri və piyadalar üçün svetoforlar;

2. Yol nişanları;

3. Yolun nişanlanması;

4. İstiqamət göstərici lövhələr;

5. Yolayrıcının işıqlandırılması.

6. Panduslar

 

Abbasqulu ağa Bakıxanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində ideal yolayrıcının təşkil edilməsi nəticəsində gözlənilən müsbət dəyişikliklər:

1. Yolayrıcında nəqliyyat sıxlığının aradan qaldırılması;

2. Yol nəqliyyat hadisələrinin azalması;

3. Sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi;

4. Sürücülərin və sərnişinlərin ünvanlar haqqında məlumatlandırılması;

5. Bakı şəhərinin müasir imicinin tamamlanması.