Bakı Nəqliyyat Agentliyi tərəfindən “Bakı şəhərinin inzibati ərazisində (prospekt və küçələrdə) “Yol xətlənməsi (ağ və sarı xətlərin çəkilməsi) işləri”nin satın alınması məqsədi ilə elan olunan açıq tender proseduru üzrə tender təklifi

29.03.2020 16:45

Bakı Nəqliyyat Agentliyi tərəfindən “Bakı şəhərinin inzibati ərazisində (prospekt və küçələrdə) “Yol xətlənməsi (ağ və sarı xətlərin çəkilməsi) işləri”nin satın alınması məqsədi ilə elan olunan açıq tender proseduru üzrə tender təklifi və bank təminatı sənədlərinin son təqdim edilmə tarixi 13.04.2020-ci il saat 12:00-ə, İddiaçıların təklif zərflərinin açılış tarixi isə 14.04.2020-ci il saat 12:00-a tarixinə qədər uzadılmışdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

 

Bakı Nəqliyyat Agentliyi tərəfindən “Yol nişanları və dirəkləri, sürət məhdudlaşdırıcı süni maneələr, məlumat lövhələri və tənzimləyici nəqliyyat güzgülərinin alınması və quraşdırılması xidməti”nin satın alınması məqsədi ilə elan olunan elektron tender proseduru üzrə ixtisas göstəricilərinə dair sənədlərin son təqdim edilmə tarixi 14.04.2020-ci il saat 12:00-ə, tender təklifi və bank təminatı sənədlərinin son təqdim edilmə tarixi 22.04.2020-ci il saat 12:00-ə, İddiaçıların təklif zərflərinin açılış tarixi isə 23.04.2020-ci il saat 12:00-a tarixinə qədər uzadılmışdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.