Bakı Nəqliyyat Agentliyi qanunsuz parklanmalara, dayanma və durma qaydalarının pozulmasına qarşı mübarizənin həyata keçirilməsi məqsədilə yaradılmış Mərkəzi İnformasiya Sisteminin Oracle verilənlər bazasının Postgresql verilənlər bazası ilə əvəz olunmasının satın alınması məqsədilə açıq tenderə dəvət edir:

21.04.2020 11:03

 

Bakı Nəqliyyat Agentliyi qanunsuz parklanmalara, dayanma və durma qaydalarının pozulmasına qarşı mübarizənin həyata keçirilməsi məqsədilə yaradılmış Mərkəzi İnformasiya Sisteminin Oracle verilənlər bazasının Postgresql verilənlər bazası ilə əvəz olunmasınınsatın alınması məqsədilə açıq tenderə dəvət edir:

lot 1 – Qanunsuz parklanmalara, dayanma və durma qaydalarınınpozulmasına qarşı mübarizənin həyata keçirilməsi məqsədilə yaradılmış Mərkəzi İnformasiya Sisteminin Oracle verilənlər bazasının Postgresql verilənlər bazası ilə əvəz olunması.

 

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.

 

İştirak haqqı:

 

lot 1 – 350 manat

 

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra "Asan Ödəniş et" düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Tenderdə iştirak etmək üçün müraciətərizəsi;

- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra 60 bank günü ərzində qüvvədə olmalıdır); 

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 

- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər.Tender proseduru «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. 

İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 12.05.2020-ci il saat 12:00-ə qədər, tender təklifi və bank təminatı sənədlərini 20.05.2020-ci il saat 12:00-ə qədər portal vasitəsilə təqdim etməlidirlər.

​İddiaçıların təklifləri 21.05.2020-ci il tarixdə saat 12:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

​QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

                                 

 Tender Komissiyası