Yeni vahid kart sisteminin tətbiqinin nə kimi üstünlükləri vardır?
Vahid "BakıKART" sistemi bu üstünlüklərə malikdir: özündə ictimai nəqliyyat ödənişlərini birləşdirir, ictimai nəqliyyatdan istifadə edənlərin vaxta qənaətini və rahatlılığını təmin edir.
Terminallardan hansı növ kartları almaq mümkündür?
"BakıKART" terminallarından "BakıKART" plastik kartını və "BakıKART məhdud istifadə üçün" kağız kartını əldə etmək olar.
Sərnişinlərin "BakıKART" plastik kartlarını almasını stimullaşdıran nədir?
"BakıKART" plastik kartla ictimai nəqliyyat sistemində tam nağdsız ödəniş həyata keçirmək mümkündür. Eyni zamanda bu kartların istifadəsində vaxt məhdudiyyəti yoxdur və bu kartlara istənilən məbləğdə balans yükləmək mümkündür. "BakıKART" plastik kartlarının balansını artırmaq üçün nəzərdə tutulmuş "BakıKART" terminallarında 10, 20, 50 qəpik dəyərində sikkələrdən, 1, 5, 10, 20, 50 və 100 Azərbaycan manatı dəyərində əskinaslardan istifadə edilə bilər. Bundan başqa, gələcəkdə bu kartı digər ödənişlərdə istifadə etmək nəzərdə tutulur.
© 2016 Bakı Nəqliyyat Agentliyinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.