Stabillik, rəqabətə davamlılıq və korporativ iş mühiti axtarırsınızsa və eyni zamanda paytaxtımız Bakının ictimai nəqliyyat sisteminin inkişafına bizimlə birgə töhfə vermək istəyirsinizsə karyeranızı Bakı Nəqliyyat Agentliyində qurmağa dəvət edirik.
İŞƏ MÜRACİƏT
Biz işə qəbul zamanı müasir seçim üsullarından istifadə edirik. Hal-hazırda işə müraciət Agentliyimizin veb səhifəsi üzərindən qəbul olunur. Müraciət etdiyiniz sahədən asılı olaraq seçim prosesi fərqlənə bilər. İşə qəbul üçün müraciət anketini doldurarkən öz bilik və bacarıqlarınızı göstərə biləcəyiniz sahəni seçməyinizi tövsiyə edirik. Seçim mərhələlərində bilik, bacarıq və potensialınızı dəyərləndirmək üçün IQ test (düşünmə qabiliyyətini aşkar etmə testi) və texniki testlər, üz-üzə müsahibələr və digər üsullardan istifadə olunur. Bütün seçim mərhələlərindən uğurla keçən namizədlər işlə təmin olunacaqdır.
Bizimlə işləmək istəyirsinizmi?
© 2016 Bakı Nəqliyyat Agentliyinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.