İNTEQRASİYA OLUNMUŞ MENECMENT SİSTEMİÜZRƏ SİYASƏTİ
Bakı Nəqliyyat Agentliyində ISO 9001:2015 və ISO 14001:2015 standartlarının tələbləri əsasında İnteqrasiya Olunmuş Menecment Sistemi (İMS) tətbiq edilmişdir.
İMS üzrə siyasət müəssisənin məqsədlərinə, kontekstinə uyğundur və müəssisənin strateji istiqamətini dəstəkləyir.
İMS üzrə siyasətin əhatə dairəsinə müəssisənin aşağıdakı fəaliyyəti daxildir:
İctimai nəqliyyat sisteminin tənzimlənməsi, nəqliyyat axınının idarəolunması və yol hərəkətinin təşkili
Agentliyin maraqlı tərəflərə dair öhdəlikləri:
Vətəndaşlar. Agentliyin göstərdiyi xidmətin əsas istifadəçiləri:
Agentlik ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma sahəsində tənzimləməni və nəzarəti həyata keçirir və sərnişindaşıma xidmətlərinin yüksək səviyyədə göstərilməsini təmin edir.
Agentlik həmçinin, nəqliyyat axınının, yol hərəkəti və piyada təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq layihələr həyata keçirir və infrastruktur işlərini təşkil edir.
Cəmiyyət:
Rahat və təhlükəsiz nəqliyyat mühitinin formalaşdırılmasında insanların düzgün maarifləndirilməsi;
Sosial proqramları və layihələri tətbiq etməklə cəmiyyətin nəqliyyat sahəsində təkmilləşdirilməsinə töhfənin verilməsi.
İşçilər:
Müəssisədə tətbiq olunmuş İMS-nin davamlı təkmilləşdirilməsi;
İş şəraitində sağlamlıq və təhlükəsizliyin təmin edilməsi üçün işlə bağlı zədələnmə və xəstəliklərin qarşısının alınması;
Təhlükələrin aradan qaldırılması, sağlamlıq və texniki təhlükəsizlik üzrə risklərin azaldılması;
İşçilərin İMS-nin təkmilləşdirilməsi məsələlərində məsləhətləşmələrin və bu işlərə cəlb olunmasının təmin edilməsi.
Qanunvericilik orqanları:
Agentliyin fəaliyyət sahələrinə aid qanunvericilik və digər tələblərin yerinə yetirilməsi;
Ətraf mühitin qorunması, o cümlədən ümumi nəqliyyat vasitələri tərəfindən çirklənmənin qarşısının alınması və müəssisənin konteksti nöqteyi-nəzərindən digər öhdəliklərin yerinə yetirilməsi.
İMS üzrə siyasətin əsas prinsipləri aşağıdakılardır:
İnzibati binanın və tabeli subyektlərin proseslərinin effektivliyini artırmaq məqsədilə struktur vahidlərinin işini birgə planlaşdırmaq;
Mövcud nəqliyyat vasitələrinin və digər xidməti avadanlıqlarının etibarlılığını artırmaq; ehtiyac yarandığı hallarda nəqliyyat vasitələrinin yeni texniki baxış metodlarını və ətraf mühiti qorumaq məqsədi ilə yeni, ekoloji cəhətdən təmiz yanacaq texnologiyaları tətbiq etmək;
Vətəndaşların tələbləri və gözləntilərinin ən yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək;
İşçilərin maksimal potensialını müəyyən etməyə yönəldilən və onların inkişafına sərf olunan investisiyaların maksimal səviyyədə geri qaytarılmasını təmin edən idarəetmə sistemi qurmaq;
İşçilərin peşəkarlıq səviyyəsini beynəlxalq standartların tələblərinə uyğunlaşdırmaq;
Bütün fəaliyyət sahələrində yeniliklərin tətbiqində təşəbbüskarlıq göstərən işçi heyətini formalaşdırmaq.
Bakı Nəqliyyat Agentliyinin ali rəhbərliyi əmin edir ki, İMS üzrə siyasət:
Mövcuddur və sənədləşdirilmiş informasiya kimi işlək vəziyyətdə saxlanılır;
İşçilərə çatdırılır, başa düşülür və müəssisə daxilində tətbiq edilir;