103, 130, 139, 149 və 206 nömrəli müntəzəm marşrut xətləri üzrə müsabiqə elan edilib, şərtlər açıqlanıb

08.09.2022 16:27

Daxil olan vətəndaş müraciətləri əsasında fəaliyyəti təhlil edilən və sərnişindaşımaların icrasında çatışmazlıqların olduğu aşkarlanan daha beş müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan olunur. Müsabiqəyə çıxarılan 103, 130, 139, 149 və 206  nömrəli müntəzəm marşrut xətləridir.

Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcəkdir.

Müsabiqədə iştirak etmək istəyənlər 27.09.2022-ci il saat 17:00-dək Bakı Nəqliyyat Agentliyinə müvafiq ərizə ilə mürciət etməlidirlər.