15, 147, 185, 186 və 213 nömrəli müntəzəm marşrut xətləri üzrə müsabiqə elan olunur.

28.11.2022 16:40

Daxil olan vətəndaş müraciətləri əsasında 15, 147, 185, 186 və 213 nömrəli müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb. Sərnişindaşımaların vəziyyəti qənaətbəxş hesab edilmədiyindən müsabiqəyə çıxarılıb.

Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcəkdir.