“BakuBus” MMC sürücülərin işə qəbulunu elan edir

20.04.2021 12:37

“BakuBus” MMC sürücülərin işə qəbulunu elan edir.  


“D” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsinə malik, yaşı 23-dən az və 65-dən çox olmayan, həmçinin, avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan sürücülər "BakuBus" MMC-yə müraciət edə bilərlər.

 

Tələblərə uyğun şəxslər cv@bakubus.az elektron poçt ünvanına CV göndərə bilərlər. Həmçinin, işə qəbul barədə (012) 404-11-10 nömrəli telefona zəng edərək ətraflı məlumat almaq olar.

 

Fəaliyyətini tam olaraq qanunvericiliyin tələblərinə uyğun qurmaqla sərnişindaşıma sektorunda bir nümunə olan "BakuBus" MMC-də sürücü kimi çalışmağın bir sıra üstünlükləri var. Bunlar aşağıdakılardır: 


➢ Əmək müqaviləsi əsasında işə qəbul

➢ 2 növbəli, 8 saatlıq iş rejimi

➢ Vaxtı-vaxtında aylıq əmək haqqı ilə təminat 

➢ Gələcək pensiya təminatı

➢ Vaxtaşırı mükafatların verilməsi (əmək fəaliyyətində fərqlənməyə və yubileylərə görə)

➢ İl ərzində əmək məzuniyyətindən istifadə olunması

➢ Sanatoriyalara göndərişlərin verilməsi

➢ Xəstəlik müddətində xəstəlik müavinəti ilə təminat

➢ Xüsusi geyim forması ilə təminat

 

Qeyd edək ki, “BakuBus” MMC-də çalışan sürücülər qanunvericiliklə müəyyən olunan bütün hüquq və imtiyazlardan yararlanırlar.