Bakı Nəqliyyat Agentliyinin əməkdaşları “VİSSİM”, “VİSUM” və “VİSTRO” simulyasiya proqramlarının təlimlərində iştirak ediblər

21.04.2021 14:43

Bakı Nəqliyyat Agentliyinin əməkdaşları “VİSSİM”, “VİSUM” və “VİSTRO” simulyasiya proqramlarının təlimlərində iştirak ediblər. Qeyd olunan proqram təminatları dünyanın ən qabaqcıl və təkmil simulyasiya alətləri hesab olunur. Bu proqramların imkanlarından istifadə etməklə mobilliyin butün növlərini simulyasiya etmək,  nəqliyyat tələb və təklifi, davranışları və nəqliyyat siyasətlərinin ətraflı şəkildə modelləşdirmək mümkündür.

 

“PTV Group” firmasının məhsulu olan simulyasiya proqramlarının təlimləri 1-20 aprel tarixlərində keçirilib. Təlimlərdə əməkdaşların bilik və bacarıqları aşağıdakı istiqamətlərdə daha da artırılıb;

 

  • nəqliyyat  strategiyalarının və onların həlləri üzrə makro ölçülü simulyasiyaların hazırlanması;
  • yol hərəkəti iştirakçılarının, logistika xidmətlərinin təsirlərini bir modeldə birləşdirən mikro ölçülü simulyasiyaların hazırlanması;
  • şəbəkə və tələb modelləşdirilməsi;
  • proqnozlaşdırılmış nəqliyyat axınlarının analizi;
  • yol qovşaqlarının xidməti səviyyələrinin ölçüsünün müəyyənləşdirilməsi;
  • siqnal-vaxt optimallaşdırılması;
  • nəqliyyat-təsir analizi;
  • birdən çox ssenariləri idarəetmə və əhatəli hesabatların hazırlanması.

 

Təlim Agentliyin gələcək layihələrinin səmərəliliyini və görüləcək işlərin keyfiyyətini daha da artıracaqdır.