Zabrat yolunda piyadaların hərəkət təhlükəsizliyi səviyyəsi artırılıb

22.04.2021 19:00

Paytaxtda piyadaların iştirakı ilə ən çox yol-nəqliyyat hadisələrinin baş verdiyi yollardan biri olan Zabrat yolundakı iki piyada keçidində xüsusi düymə ilə idarə olunan yeni svetofor obyektləri quraşdırılıb.

Yaxınlıqda sıx məskunlaşmanın, ictimai-iaşə obyektlərinin, xəstəxanaların və məktəblərin olduğunu nəzərə alaraq, piyadaların, o cümlədən əlilliyi olan şəxslərin rahatlığını və təhlükəsizliyini təmin etmək məqsədilə:

✅Piyada keçidlərində panduslar inşa edilib;

✅Pandusların üzərinə hiss ediləbilən döşəmələr yerləşdirilib;

✅Svetofor obyektlərinə çağırıcı qurğular yerləşdirilib; 

Görülən işlər həmin yol sahələrində yol hərəkəti təhlükəsizliyi səviyyəsini artırmaqla yanaşı, həm də piyadaların rahat hərəkətinə şərait yaradacaqdır.