Rəşid Behbudov küçəsi 55 ünvanında mövcud eyni səviyyəli piyada keçidinin nizamlanması üçün svetofor obyekti quraşdırılıb

27.04.2021 10:30

Paytaxtın küçə və prospektlərində piyadaların hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması işləri davam etdirilir. Bu çərçivədə bir neçə təhsil müəssisəsinin yerləşdiyi Rəşid Behbudov küçəsi 55 ünvanında mövcud eyni səviyyəli piyada keçidinin nizamlanması üçün svetofor obyekti quraşdırılıb. 

Nəticədə;

✅Təhlükəsizlik səviyyəsi artırılıb; 

✅Hərəkət növbəliliyi təmin edilib;

✅Əlilliyi olan şəxslərin rahatlığı üçün panduslar inşa olunub, svetofor dirəklərində çağırıcı qurğular yerləşdirilib.