BMT-nin 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsi (17-23 may) çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak edən könüllülər sertifikatla təltif edilib

08.06.2021 13:10

 BMT-nin 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsi (17-23 may) çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak edən könüllülər sertifikatla təltif edilib. 

 İştirakçılar həftənin yekunlarına həsr edilən video hesabata baxaraq bir daha görülən işlərlə tanış olublar və təəssüratlarını bölüşüblər. 

 BMT, BNA, ÜST və AKTİ-nin nümayəndələri könüllülərə fəallıqlarına görə təşəkkür edib və gəncləri təhlükəsizliklə bağlı həyata keçirilən maarifləndirmə tədbirlərində bundan sonra da fəal iştirak etməyə çağırıblar.

 Hər iki ildən bir təşkil edilən Qlobal Yol Təhlükəsizliyi Həftəsinin məqsədi yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təşviq etmək və yaşayış məntəqələrində sürət həddinin 30 km/saat həddinə aşağı salınmasına təsir etməkdir.