Nəqliyyat Könüllüləri üçün daha bir mövzuda təqdimat keçirilib

18.08.2021 17:05

Nəqliyyat Könüllüləri üçün "TED Talks" formatında “İnsan Resurslarının İdarəedilməsi”  mövzusunda təqdimat keçirilib. 
Agentliyin insan resurslarının idarə etmə modeli, işə qəbul prosesi, müsahibə prosesi, yeni işçilərin iş mühitinə uyğunlaşması prosesi, mentorluq, motivasiya və performansın dəyərləndirilməsi prosesləri barədə könüllülərə məlumatlar verilib. 
Komandalara bölünərək öyrəndiklərini müsahibə simulyasiyasında tətbiq ediblər, könüllülər arasında maraqlı komanda oyunları keçirilib.