25.08.2021-ci il tarixindən 165 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək

24.08.2021 16:07

Bakı şəhərinin marşrut şəbəkəsində nağdsız ödəniş sisteminin əhatə dairəsinin genişləndirilməsi prosesi davam etdirilir. Nağdsız ödəniş sisteminə keçidin, sərnişindaşımada göstərilən xidmətin keyfiyyətinin artırılması baxımından əhəmiyyətini qeyd edərək bildiririk ki, “BakıKart”-a inteqrasiya qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi və şəffaflığın artırılması baxımından da vacibdir. Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi, həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərməkdədir.
25.08.2021-ci il tarixindən 165 nömrəli marşrut xətti (Mehdiabad qəs (Qarant Yaşayış Kompleksi) - A.M.Şərifzadə küç) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə Binəqədi qəs. (Binəqədi Gənclər Şəhərciyi), Binəqədi qəs (C.Cabbarlı küç. yaxınlığı), Binəqədi qəsəbə mərkəzi, Binəqədi qəs. ("Muxtar" marketin yaxınlığı), Binəqədi qəs. (Novxanı yolu), Binəqədi şos. (Svetoforun yanı) və Rəsulzadə qəs. (Park) ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün yeni POS terminallar quraşdırılıb.
İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.